“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi

Dünən, 00:05           
 “Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Qumar oyunları təşkil etmə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqada ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorun təqdimatı əsasında belə qərar qəbul edilib.

Məhkəmə ağır cinayətlə bağlı əlavə sübutların toplanmasını zəruri hesab edib. Bu əsasla təqsirləndirilən şəxs daha 3 ay həbsdə qalacaq.

Baqiyev isə istintaq dövründə həbsdə qalmaq istəmir. Amma onun verdiyi şikayət apellyasiya instansiyasında rədd edilib.

İttihama görə, Yusif Baqiyev qanunsuz qumarxana şəbəkəsi quraraq bu yolla ümumilikdə 161 milyon manat məbləğində gəlir əldə edib. Hazırda onun barəsində Baş Prokurorluq tərəfindən aparılan ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, “qumar kralı” kimi tanınan Yusif Baqiyev Yasamalda yerləşən “Nuxa” restoranının da sahibi olub. Bir neçə ay əvvəl adıçəkilən restoran yanğın təhlükəsinə görə bağlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.