"Microsoft"a öz brauzerinin istifadəsini təklif etmək qadağan olundu

Dünən, 15:48           
"Microsoft"a öz brauzerinin istifadəsini təklif etmək qadağan olundu
"Microsoft" artıq özünün "Edge" brauzerini Avropadakı istifadəçilərinə aktiv şəkildə təklif edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Windows Central" nəşri məlumat verib.

Ekspertlərin fikrincə, bu addım Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə uyğun olaraq atılıb. Artıq Avropada "Windows 10" və "Windows 11" əməliyyat sistemlərinin istifadəçiləri "Edge" brauzerini standart brauzer kimi təyin etməyi təklif edən ismarıcları görməyəcəklər.

"Microsoft" nümayəndələri bildiriblər ki, "Edge" brauzerini yalnız istifadəçi özü işə saldıqda, bu proqramı əsas brauzer kimi qurmağı təklif edən "pop-up" pəncərəsi görünəcək.

Bundan əlavə, materialda qeyd edilir ki, istifadəçi hansısa üçüncü tərəf brauzerini əsas brauzer kimi seçdikdə, artıq bütün linklər yalnız həmin brauzerdə açılacaq. Keçmişdə bir çox istifadəçi müəyyən "Windows" sistem keçidlərinin yalnız "Edge"də açılmasından narazı qalırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.