KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Dünən, 10:20

"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" adlı sosial qrupundakı paylaşımında Negin Əliyeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, Birbank applikasiyasında iki kart hesabım var. Biri təqaüd (dövlət tərəfindən təhsil üçün), digəri isə Cashback kartı. Cashback kartımda naməlum səbəblərdən, birdən-birə mənfi balans (-26.12) yarandı. Maraqlıdır ki, bu məbləğdə pul, mənim kartıma daxil olmayıb, amma həmin dövrdə KapitalBank olaraq dələduzluqla müxtəlif insanlara eyni növdə bildiriş gedib. Səbəb olaraq isə, BakıKart bileti göstərilib ki, guya bankda texniki xəta yaranıb və həmin ödənişlər geri qaytarılıb?. Məsələnin əsli isə, belədir ki, (əgər istifadə edənlər varsa, biləcəklər) bilet alınıb istifadə olunmadığı zaman, həmin məbləğ karta gec də olsa, qaytarılır. Hansı ki, məndə də eyni hal yaşanıb, yəni istifadə etmədiyim biletin ödənişi geri qaytarılıb. Hansı ki, bu, onsuz da bankın etməli olduğu bir şeydir. Mən isə, təbii ki borcum olmayan bir şeyi ödəmədim və balansımı artırmadım. Bugün isə, gördüyüm qədərilə, Mülki Məcəllənin 447.1-ci maddəsinin pozulması halı yaşanıb, yəni dövlətin mənə ödədiyi təqaüddən, mənim icazəm olmadan, digər kartdakı naməlum “borc” üçün həmin pul çıxılıb. Hansı ki, bu maddəyə əsasən, bank mənim digər kart hesabımda olan vəsaitə toxunmamalıdır, hələ bankın öz texniki xətasıdırsa, ümumiyyətlə, bu qadağandır.
Məsələ pulun məbləği deyil, məsələ bu cür dələduzluğa yol açaraq, Kapital Bankın öz reputasiyasını yerlə bir etməyi və haqsız yerə, bir tələbənin haqqına girməyidir. Məbləğ nə olursa olsun, 5 qəpik belə sizin olmadığı təqdirdə, yalandan özünüzünmüş kimi qələmə verərək digər hesabımdan icazəm olmadan pul çıxa bilməzsiniz. Nə qədər inanmasam da, şikayətimin nəzərə alınmasını və həmin məbləğin geri qaytarılmasını tələb edirəm. Mənim kimi oxşar situasiya yaşayan insanlar əminəm ki, var, amma heç kəs məbləğ az olduğu üçün etiraz və ya şikayət etmir. Amma bunu nəzərə alın ki, bizim kimi yüzlərlə zərərçəkmiş şəxs var və bu cür dələduzluqla onlar pul yeyintisinə yol açırlar".