Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ

5-06-2025, 10:52           
 Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
"Bütün kəndlərimizdə, bütün rayon mərkəzlərimizdə bunu hökmən yaratmalıyıq. Çox bəyəndim. Qusarlılara əhsən!"

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Qusar rayonunun İmamqulu kəndində təşkil olunan və çox sayda yerli tamaşaçı toplayan futbol yarışını şərh edərkən bildirib.

Deputat insanların paytaxtdan regionlara qayıdışına nail olmaq üçün həmkarının irəli sürdüyü təklifi dəstəkləyib:

"İnsanlar öz doğma ocaqlarına başqa necə bağlana bilər ki… Sosial-mədəni mühit olmasa, "hamınız kəndə, rayona qayıdın" demək içiboş şüardan başqa bir şeyə yaramaz. Yalnızca Qarabağa qayıdış yetərli deyil, bütün Azərbaycana qayıdış baş verməlidir. Millət vəkili Zahid Oruc deyib ki, regionlarda komunal xərcləri üç dəfə azaltmalıyıq ki, insanlar Bakıdakı sıxlıqdan qurtulub rayonlara dönsünlər. Dəstəkləyirəm. Bunu zəruri bir strategiya kimi işləyib gerçəkləşdirməliyik!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru