Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı –

5-06-2025, 15:16           
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı –
Bir neçə gündür, sabiq daxili işlər naziri İsgəndər Həmidovun neftlə bağlı səsləndirdiyi fikirlər müzakirəyə çıxarılıb. Bununla bağlı tanınmış jurnalist Elbəyi Həsənli paylaşım edib. Onun sözlərinə görə, Həmidov köhnə videolarından birində çıxışı zamanı bildirib ki, Elçibəy hökuməti neft gəlirlərindən ildə hər ailəyə 24.5 min dollar vəsait ödəməyi planlaşdırıb. Kimisi bunun sadəcə populist çıxış olduğunu deyərək inanmır, kimisi də real ola biləcəyini düşünür.

Reallıq nədir? Elçibəy hökumətinin məsul şəxsləri bu barədə nə deyə bilərlər? Doğrudanmı, belə bir plan var idi?

Globalinfo.az məsələni aydınlaşdırmaq üçün həmin dövrdə vəzifədə olmuş şəxslərlə əlaqə yaradıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti Sabit Bağırov bu plandan məlumatsız olduğunu deyib:

“Hökumətin belə planı olsaydı, yəqin ki, xəbərim olardı”.

Sabiq maliyyə naziri Saleh Məmmədov deyib ki, bu, sadəcə sözdə deyilmişdi:

“Lakin məsələ rəsmi qaydada tənzimlənməmişdi. Deyilmişdi ki, neft gəlirlərindən hər ailəyə pul veriləcək. Planımız bu olsa da, qanunla razılaşdırılmamışdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru