Vergilər Nazirliyi pambıq zavodlarını NİYƏ QARA SİYAHIYA SALDI? – SİYAHI
1-11-2016, 13:10
Ölkədə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin tövsiyələrindən sonra bu sahəyə diqqət hər yerdə hiss olunur. Lakin pambıqçılığın inkişafında mühüm həlqələrdən biri kimi emal sənayesini durumu da indi diqqətçəkən məqamlardandır.
Hafta.az xəbər verir ki, Vergilər Nazirliyinin dövlətə borcu olduğuna görəölkədən çıxışına qadağa qoyulan hüquqi və fiziki şəxslərin siyahısını dərc edib. Maraqlı məqam ondan ibarətdir ki, bu siyahıda fəaliyyətdə olan əsas pambıq zavodlarının da adı var. “Qarabağ”, “Beyləqan” və “Ağcabədi” pambıq zavodlarının dövlətə vergi borcu olduğuna görə onların rəhbərlərinin Azərbaycandan kənara çıxışına qadağa qoyulub.
Vergilər Nazirliyinin “qara siyahısı”na düşən “Qarabağ-pambıq” ASC-nin sədri Mehman Cuma oğlu Abdullayevin, “Beyləqan-pambıq” ASC-nin sədri Rəşid İmran oğlu Məmmədovun və “Ağcabədi-pambıq” ASC-nin sədri Əliş Poluş oğlu Qaraşovun nə qədər vergi borclarının olduğu və bu borcun hansı müddətə yızıldığı barədə məlumat verilmir.
Bəlli olan isə bu sahədə işlərin hələ də qaydasında olmadığıdır. Pambıqçılığın inkişafında əsas həlqə olan emal sənayesini dirçəltmək mütləq lazımdır.