[img]http://teref.az/uploads/posts/2016-11/1477999009_1.jpg[/img Bu arada daha bir rayonun rəhbərinin dəyişdiriləcəyi haqda informasiya almışıq. Bu barədə DİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, icra başçısı dəyişdiriləcək rayonlar sırasında Zərdabın da adı ilk yerdədir.
Xatırladaq ki, hazırda rayona Lütfəli Babayev rəhbərlik edir və buna qədər Babayev Mingəçevir ŞİH başçısı postunu tutub.
Məlumatlı mənbə dia.az-a bildirir ki, hazırda Zərdab RİH-dəki postunu itirəcəyindən tam xəbərdar olan başçı indi də yenidən karyerasını davam etdirməyin peşindədir. Mənbə onun təkrarən Mingəçevirə qayıtmaq istədiyini də vurğulayır.
Onu da bildirək ki, Lütfəli Babayevin QMİ sədri Allahşükür Paşazadənin patronajlığı altında olduğu deyilir və onun qardaşı da Paşazadənin işçilərindəndir.