İcra başçılarının şirkətləri – SİYAHI

4-11-2016, 12:25           
İcra başçılarının şirkətləri – SİYAHI
Ölkə qanunları dövlət məmurlarına, millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı birmənalı şəkildə qadağan edir. Lakin buna baxmayaraq, müxtəlif iri şirkətlərin arxasında məmurlar və millət vəkillərinin dayandığı heç kimə sirr deyil. Baxmayaraq ki, onlar bu şirkətləri öz adına rəsmiləşdirmirlər.

Mia.az xəbər verir ki, aktual.az müxtəlif bines strukturlarına faktiki rəhbərlik edən məmurlar, daha doğrusu icra başçıları ilə bağlı əldə etdiyi informasiyanı oxuculara təqdim edir.

"Volkswagen”, "Audi”, "Seat”, "Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olan avtomobil şirkətiSabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyeva məxsusdur.Onun bununla yanaşı göydələn inşa edən tikinti şirkətinə, dükanlar şəbəkəsi və şadlıq evlərinə sahib olduğu deyilir.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov Qax rayonunda əksər müəssisələri özündə birləşdirən "Uluyurd” şirkətinin faktiki sahibidir. Bu şirkət rayonda "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” ” Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponteonatı və "Ulu Dağ” turizm mərkəzlərini özündə birləşdirir.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət idarəçiliyinə təşrif buyurana qədər biznes fəaliyyəti ilə məşğul olub. Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru olmuş icra başçısının hazırda bir sıra şirkətlərə faktiki sahiblik etdiyi deyilir. Bu sırada turizm şirkətinin olduğu, müxtəlif ölkələrə, o cümlədən müqəddəs ziyarətgahlara səfərlər təşkil etdiyi iddia olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.