Deputat Hadı Rəcəbli haqqında ŞOK FAKTLAR
5-11-2016, 13:38
Millət vəkili Hadı Rəcəbli illərdən bəri mətbuatın gündəmində olan şəxslərdəndir. Vaxtilə sabiq deputat həmkarı Gülər Əhmədovanın başına külqabı çırpması uzun müddət müzakirə olunmuşdu. Sonra Rəcəblinin müxalif medianın arxa plandakı “dayı”larından biri olduğu yazılmağa başlandı. Haqsız da sayılmazdılar.
AXCP sədrinin Birinci müavini Əli Kərimlini dəstəkləyən “Məkan” qəzetinin onun sponsorluğu ilə işıq üzü gördüyü bildirilirdi. Bu dəstək 2003-cü ilə-Əli Kərimlinin AXCP sədri olduğu dönəmdə də davam etdi.
“Məkan” bağlansa da, AXCP ilə Hadı Rəcəblinin münasibəti xoş olaraq qaldı. Bu gün lənkəranlı deputatın “vurulmadığı” media Əli Kərimlinin nəzarətindəki mediadır.
Müəllimləri işdən sonra fəhləliyə dəvət edən, gənclər haqqında “G…….N” ifadəsini işlədən Hadı Rəcəblinin yeni seçki dövründə də əsas dəstəkçiləri müxalifətçi dostları və “Palıdlı Sahil”in işçiləridir.
H.Rəcəbli hər nə qədər radikal müxalifətlə və “Palıdlı Sahil”lə əlaqələrini inkar etsə də, rəqibləri əksini söyləyir. Belə ki, “125-lər” siyasi klubunun namizədlərinin ciddi təbliğ olunduğu və bu qrupun nəzarətində olduğu şübhə doğurmadığı “Lənkəran 2015” səhifəsində maraqlı məlumatlar yer almaqdadır.
Qeyd edək ki, adı çəkilən səhifə bu gün deputatın obyektində kütləvi dava düşdüyünü bildirib. Səhifənin məlumatına görə, keçmiş məhbus olan bir neçə ofisiant birləşib müştəriləri döyüblər. Hadisə yerinə polisin gəlməsinin qarşısı alınıb. Rəhbərlik isə bunun ictimailəşməsini istəməyib.
Səhifənin yaydığı məlumata görə, H.Rəcəbli onu tənqid edən Facebook istifadəçilərinə qarşı saxta və qadın adı ilə açılan profillərdən istifadə edir. Qeyd edək ki, müxalifət düşərgəsində bu taktikadan AXCP sədri Əli Kərimli istifadə edir.
Adı çəkilən səhifə onu da iddia edir ki, Hadı Rəcəblinin bu ilki seçki təbliğatında “Palıdlı sahil” işçiləri aktv rol alıblar. Bunu çəkilən scrnşotlar da təsdiqləyir:
azerinfo.org
P.S. Hörmətli deputat Hadı Rəcəblinin azerinfo.org-da yayımlanan bu məlumata münasibətini öyrənmək istəsək də, Hadı müəllim telefonu götürmədi. Ancaq nə zaman istəsə, biz onun mövqeyini dərc etməyə hazırıq.