Şair Alxasovun qurbanı fəryad edir: " Evimi məhkəmə qərarı olmadan sökənə medal verdirtdi"
5-11-2016, 13:49
teref.az-nun poçtuna gələn bu şikayət məktubunu oxucuların diqqətinə çatdırırıq:
Dövlət qulluqçuların peşə bayramı günü ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə, bir grup dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə, Dövlət Qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunmuşdur. Onların sırasında Qusar rayonun Samur qəsəbəsində mövcud olmuş 5 otaqlı yaşayış evimi məhkəmənin qərarı olmadan, ekskavatorla sökülməsində iştirak etməklə birbaşa rəhbərlik edən, Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzovun adı da vardır. Həmin medalı Qusar RİHB-sı Şair Alxasov cənabları layiq gördüyü Dövlət qulluğunda fərqlənməyə görə medalını Şahid Fərəməzova təqdim etmiş, ona can sağlığı, məsuliyyətli işində yeni uğurlar diləmişdir.Hesab edirəm ki, Azərbaycan Respublikasının hörmətli, xalqımız tərəfindən sevilən, uzaqgörən siyasəti ilə seçilən, vətəndaşların mülkiyyət hüquqlarını qoruyan, ölkədə sabit və sakiitliyi daima qorumaqla, ölkə vətəndaşlarınin təhlükəsiz, əmin-amanlıq şəraitdə yaşamasını təmin edən, Azərbaycan Respublikasının prezidenti mütəmmadı olaraq, layiqli vətəndaşlarını fəxri ad, medal və digər şəkildə vətəndaşlarımızın işini qiymətləndirməklə, onlarda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Respublikasının azad vətəndaşı kimi həmişə Azərbaycan Respublikasının hörmətli, uzaqgörən prezidenti İlham Əliyev cənablarının siyasi-iqtisadi kursunu bəyənməklə ,həmişə hörmətli prezdentimizi dəstəkləyirəm. Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov 02.06.2010-cu il tarixdə, 5 otaqlı yaşayış evim məhkəmənin qərarı olmadan sökülən vaxt, evimin ekskavatorla sökülməsində iştirak edərək, , söküntü işinə birbaşa rəhbərlik etməklə, bütün əmlakımı qəsdən məhv etməklə, evimdəki 30000 manat, 8000ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmışdır. Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti,Yunesko və İSESKONUN XOŞMƏRAMLI səfiri, hörmətli, Mehriban xanım Əliyevaya ailə üzvlərimiz tərəfindən edilmiş müraciətlərimiz, prezident aparatı tərəfindən aidiyyatı ürə icra edilməsi, və vurulmuş zərərə görə köməklik edilməsi tapşırığı ilə, Qusar RİHB-sı Şair Alxasov cənablarına göndərilmişdir. Həmin müraciətim baxilması, araşdırılaraq hüquqi qiymət verilməklə, köməklik göstərilməsi məqsədilə, Şair Alxasov cənabları Şahid Fərəməzov cənablarına tapşırmışdır. Şahid Fərəməzov həmin müraciətin araşdırılması məqsədilə məni Qusar RİH-nə məni dəvət etmişdir. Məni çağırdığına görə çox sevinmişdim. Hesab edirdim ki, Şair Alxasov cənabları mənə vurulan zərərə görə kompensasiyanın ödənilməsi barədə aidiyyatı üzrə sərəncam verəcək, ancaq arzum ürəyimdə qaldı, mənə heç nə ödənilmədi.Şahid Fərəməzov məni qəbul edərək, Mehriban xanım Əliyevaya yazılan ərizənin mənim tərəfimdən yazılıb-yazılmaması barədə məndən izahat tələb etdi. Mehriban xanım Əliyevaya müraciət etməyim təsdiqləndikdən dərhal sonra məndən 5 otaqlı yaşayış evimin sənədlərini tələb etdi. Həmin vaxt ona dedim ki, sənədləri gətirmişəm, olmazdımi ki, evimi qanunauyğun qaydada, əgər hər hansı bir qanunsuzluq varsa. məhkəmnin qərarı ilə sökəsiniz. Niyə qanunları pozmaqla cinayət tərkibli hərəkət etməklə. ailəmizi azad yaşamaq hüququndan məhrum etməklə, ailəmizin Konstitusiya hüquqkarımızı bilərəkdən, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə. onları aşmaqla cinayət tərkibli hərəkət etmisiniz. Həmin vaxt haqlı, əsaslı tələbimdən qəzəblənən Şahid Fərəməzov qəzəbli halda üstümə gələrək dedi ki. sən evinizin həmin yerdə mövcudluğunu heç vaxt sübut edə bilməzsən, evini özünüz işin üstündə durmaqla özünüz sökdürmüsünüz,. indi də bizə. yəni, Qusar RİH-in vəzifəli şəxslərinə qarşı şər-böhtan yağdırırsınız. Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov müracətim əsasında İNTERAZ TV-yə müraciət etdiyim vaxt həmin televiziyanın əməkdaşına müsahibə verərək, yaşayış evimi onlar yox, Haşımirzə özü sökdürdüyünü bir daha təsdiqləmişdir. Müraciətlərim İNTERAZ TV-də 2013-cü il tarixdə EVİ SÖKÜLƏN QUSAR SAKİNİN FƏRYADI başlığı altında. iddia məhkəmənin qərarı olmadan başlğı altında. ATV.TV-də, Qafqazinfo və çoxlu informasiya agentlikləri tərəfindən işıqlandırılmaqla geniş ictimaiyyətimizə çatdırılmışdır. Hesab edirəm ki. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı əsasında medala layiq görulmüş hər bir vəzifəli, bütün vətəndaşlar həmin medalı yüksək qiymətləndirməklə, ÖLKƏ prezidentinin siyasi-iqtisadi kursununu yerlərdə təbliğ etməklə, vətəndaşların qanunla qorunan mülkiyyət hüququnu. Konstitusiya hüquqlarını qorumaqla heç vaxt cinayət tərkibli hərəkətəin iştirakçısı olmamalıdır. Ümüdvaram ki, yaşayış evimi məhkəmənin qərarı olmadan ekskavatorla sökməklə, bütün əmlakımı qəsdən məhv edərək, külli miqdarda pulumun oöurlanmasında təqsirkar hesab etbiyim vəzifəli şəxslər Qusar RİHB-sı Şair Alxasov, Şahid Fərəməzov, Elşad Əlimuradov. Nadirşah Məmmədov və Mahir Mustafayev törətdikləri cinayət tərkibli hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkdir.
Qusar şəhər sakini. 2-ci grup əlil. Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az