General Dadaş Rzayevə qarşı çevriliş planı
7-11-2016, 09:49
Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Şura daxilindən cumhuriyyet.az-a daxil olan məlumata görə qurumda son vaxtlar bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevdir. Onu da bildirək ki, Şuranın minlərlə üzvü var və Şuraya üzv olan müharibə iştirakçıları, veteranlar və digər nümayəndələrin problem və təkliflərini həll etmək bu qurumun üzərinə düşür. Son dövrlərdə general D.Rzayevin səhhətində ciddi problrmlər yaranıb və mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bəzi qüvvələr “yuxarılar”a “Artıq bu adam Şuranı idarə etmək iqtidarında deyil”-deyə mesajlar ötürməklə bu postu ələ keçirmək niyyətindədir. Maraqlıdır ki, bizə daxil olan məlumatlarda Azərbaycan Respublikasının müdafiə naziri olmuş, döyüş yolu geçmiş, general-mayor Dadaş Rzayevin vəzifəsini hədəfləyən qüvvələrə Milli Ordu sıralarında olmamış, döyüşçü kateqoriyasından kənar şəxsin rəhbərlik etdiyi bildirilir. Bu isə Qarabağ müharibəsi veteranlarında ciddi narazılıq yaradıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
teref.az