Bərdədə Yol İdarəsi müdiri İlham Əzimov dövlətin ayırdığı vəsaitlə kef çəkir...
8-11-2016, 10:10
Bərdədə 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov milyarder həyatı yaşayır Bərdənin yollarının təmiri üçün hər il dövlət külli miqdarda vəsait ayrılır. İ.Əzimov da pulların böyük hissəsini öz şəxsi həyatının inkişafına sərf edir. Bərdənin şəhər və kənd yollarında heç bir təmir işləri aparılmır. İ.Əzimov dövlətin rayonun daxili yollarının təmiri üçün ayırdığı vəsaitləri mənimsəyir. İdarə müdirinin tək gördüyü iş yay aylarında yollarda əmələ gəlmiş çalalara torpaqlı çınqıl tökməkdən ibarətdir. Rayonun Alçadarlı, Bala Qacar, Bəcirvan, böyük Göyüşlü, Cəyirli, Çələbilər, Divanlı, Əliyanlı, Əmirli kəndləri müharibədən çıxıb sanki. Gərənə, Gülgəzli, Hacalı, Həsənqaya, Xanərəb, Xəsli, İkinci Nazırlı, Kətəlpapaq, Qaradağlı, Qaratəpə kəndləri də keçilməzdir. Eləcə də Qaraqoyunlu, Qazaxlar, Mehdili, Məmmədli, Mollalar, Otuzikilər, Piyadalar, Şatırlı, Şorəli, Tağılar, Təhlə və digər kəndləri fəlakət içindədir. İddialara görə, İ.Əzimovun torpaq sahələri, dəbdəbəli evləri, maşın kolleksiyaları var. Bu mal-mülkə məhz idarənin hesabına yiyələnib. Ona orden verilə bilər.(demokratiya)Məlumata əsasən İ.Əzimova asfaltın 1 maşınını 70 manata satır. İstəyən hər kəs 28 saylı Yol istismar idarəsinin müdirindən bu qiymətə alıb obyektinin, ya da evinin qarşısına asfalt örtük döşəyə bilir. O, bir tərəfdən istehsal olunan asfalt örtüyünü ayrı-ayrı adamlara satmaqla gəlir əldə edir, digər tərəfdən isə dövlətin ayırdığı vəsaitləri sadəcə sənədləşdirərək mənimsəyir. (Gündəmşok) Bərdədə idarə müdirinə el arasında "orden” verilib. Ona "əməkdaş yol pulu yeyən” deyilir. Son illər ölkədə yeni yolların çəkilməsi və daxili yolların yenidən qurulması istiqamətində xeyli işlər görülür. Hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq, görülən işlərin bir çoxu keyfiyyətsiz olur. Belə vəziyyətlərdən biri də Bərdə rayonunda yaşanır. Bərdədə əksəriyyət onu "asfaltyeyən” kimi tanıyır. Bunun da səbəbi odur ki, Əzimovun çəkdiyi yolların ömrü ən yaxşı halda bir neçə aydan o yana keçmir. Bir Kamaz asfaltın da qiyməti işçi pulu qarışıq 1000 manata gəlib çıxır. Bu da İlham Əzimovun işinə yarayır. Elə onun dövlət pulu ilə çəkilən yollardan kəsdikləri də burada işə yarayır. Bəzi iddialara görə, idarəyə məxsus yük maşınlarının bir çoxu qeyri-qanuni olsa da ayrı-ayrı adamlara icarəyə verilib. Bundan başqa, idarənin balansında olan və istifadə üçün nəzərdə tutulmuş xüsusi rənglər də İlham Əzizov tərəfindən satdırılır.gundelik baki.com/
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az