Bütün bank işçiləri ixtisara düşəcək: kreditlərin verilməsində YENİ ÜSUL

8-11-2016, 10:52           

Bu gün texnologiyanın ən yüksək səviyyədə inkişaf etdiyini düşünə bilərik. Lakin bizi gözləyən yenilikləri sadalayanda hər şeyin hələ başlanğıcında olduğumuz aydınlaşır.

Publika.az ödəniş sistemində tətbiq edilməsi nəzərdə tutulan yeni texnologiyaları araşdırıb.

Ürəyinizdən keçən paltar dərhal evinizə gələcək

Təsəvvür edin, banka daxil olursunuz, telefonunuzdan məlumatları bankomata göndərirsiniz. Lakin artıq pul çıxarmaq üçün bankomata pinkod daxil etmək lazım deyil. Siz sadəcə olaraq, göz bəbəyinizi orada quraşdırılmış qurğuya yaxınlaşdırırsınız və o, sizi müəyyən edərək, istədiyiniz məbləği çıxarmağa icazə verir. Yox, bununla hər şey bitmir.
Daha bir misal: siz hansısa gecə qonaqlığında birinin kostuyumundan xoşunuz gəlir və sizdə də ondan olmasını istəyirsiniz. Daha bunun üçün internetdə uzun-uzadı axtarmağa ehtiyac yoxdur. Siz telefonun kamerasını həmin kostyuma tuşlayırsınız və lazımi proqramın köməyi ilə onu sifariş verirsiniz. Sabah həmin kostyumdan sizin evinizə gətirəcəklər. Maliyə mütəxəssisləri gələcəkdə belə ödənişlərin real olacağını düşünür.

“Növbəti 5-7 il ərzində sənaye nəzərəçarpacaq qədər dəyişəcək”, - deyə “MasterCard” şirkətinin innovasiylar üzrə direktoru Harri Layons deyir.

Ödəmə sistemləri üzrə ixtisaslaşmış şirkətlər “Pokemon Go” oyununu tez-tez misal gətirirlər və bu cür auditoriyanı fəth etməyi düşünürlər. Hansı ki, “Pokemon Go” oyunu ilk həftəsində 10 milyon istifadəçi tərəfindən yükləndi. Oyunu yaradanlar gün ərzində 1,6 milyon dollar qazanırdılar.

“Visa Blippar” şirkəti yeni ödəmə sisteminin pilot layihəsini tətbiq edib. Belə ki, London dəfiləsində britaniyalı dizayner Henri Hollandın əl işləri nümayiş olunarkən, tamaşaçılar smartfon telefonlarla çəkdikləri paltarları bir gün sonra asanlıqla sifariş verə biliblər.

İnternetdən sifariş etdiyiniz paltarı ölçmək mümkün olacaq

“PayPal” şirkəti isə bu ilin may ayında yeni ödəmə sisteminin patentini alıb. Müştərilər təsvir etdikləri, arzuladıqları və zövqlərinə uyğun olan paltarları dərhal internet mağazasından ala biləcəklər.

Çinin nəhəng elektron ticarət şirkəti “Alibaba Group” isə alış-verişin tamamilə səslərlə edilməsi sisteminə keçirməyi təklif edir. Misal üçün, hansısa müştəri internet mağazasında seçdiyi paltarı ölçə biləcək. O, paltarı, yaxud xoşladığı eynəyi səs və baş hərəkətlərinin köməyi ilə sifariş verə biləcək.

Mütəxəssislərə görə, bütün bu yeniliklər investorlar üçün bazarı cazibədar edir.

Göz bəbəyi ilə işləyən bankomatlar

Bu bankomatlar adilərdən xeyli fərqlənir. Onu “Dieblod” və “EyeLock” bankomatlarının istehsalçıları hazırlayıb. Yeni bankomatda nə klaviatura var, nə ekran, nə də kartların daxil edilməsi üçün yer. Müştəri mobil telefonunu bankomata yaxınlaşdıran kimi, pul sifariş verilir və o, göz bəbəyini qurğuya yaxınlaşdırmaqla istədiyi məbləği çıxara bilir. Mütəxəssislərə görə, bu, təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir.

Kreditləri robotlar verəcək, pul “Selfie” ilə çıxarılacaq

“Mastercard” ödəmə sistemi isə biometrik yoxlamalarla maraqlanır. Belə ki, Daon texnologiyasından istifadə edilərək müştərinin səsi, yaxud üzü vasitəsilə onun kimliyi təsdiq olunacaq. Buna “Selfie Pay” deyirlər. Yeni texnologiyalara görə, bankın müştəriləri kredit sazişini birbaşa robot aparatlarla bağlaya biləcəklər.
Mütəxəssislər bunun əl əməyinin azalmasına da səbəb olacağını düşünür. Xüsusilə banklarda artıq çoxsaylı əməkdaşlara ehtiyac qalmayacaq. Yaxın gələcəkdə bütün bunların reallaşacağı gözlənilir.

Yeni ödəmə texnologiyaları kredit kartlarının da dəbdən düşməsinə gətirib çıxaracaq. Lakin əgər kartla hesablaşmaq mütləq lazım olacaqsa, o zaman, plastik kartlardan imtina ediləcək, əvəzində metal kartlardan istifadə olunacaq. Sentyabr ayında ilk metal kartın satışa çıxarılmasından sonra minlərlə müştəri sifariş verib. Metal kartlar olduqca yaxşı qorunur, xüsusilə hakerlərin hesab nömrələrini əldə etmək cəhdlərinə qarşı əla müdafiə sisteminə malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.