Silahla fotosu yayılan direktora yeni vəzifə verildi- FOTOLAR

8-11-2016, 13:25           

Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.
teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə oktyabrın 25-də Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonu 59 saylı məktəbin rəhbərliyinə gətirilib.
Qeyd edək ki, gənc direktor 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.
Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru