Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq
Bu gün, 09:48
"Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə yatırmaq niyyətindədir".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Əl Xəlifə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.
"ABŞ-yə daxil olacaq 17 milyard dollar məbləğində razılaşmaları elan etməkdən məmnunuq. Bu, real puldur, saxta razılaşmalar deyil", - deyən vəliəhd söhbətin hansı layihələrdən getdiyini dəqiqləşdirməyib.
O, Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.