ƏLİLLƏR 3 DEKABR-ƏLİLLƏR GÜNÜNƏ MİTİNQ ÇAĞIRIB MİTİNQİN TƏŞKİLAT KOMİTƏSİ BŞİH-Ə MÜRACİƏT EDİB
9-11-2016, 15:36
Əlillərin statusu 25 avqust 1992-ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunla müəyyən olunsa da, qanuna əməl edən yoxdur.Başqa sözlə,əlillərin hüquq və azadlıqları sözdədir. BMT Konvensiyası,Konstitusiya,Prezident fərmanı,NK-nın qərarları ilə əlillərə şamil olunan hüquq,azadlıq,güzəştləri isə məmurlar mənimsəyib.Qanpulunu Maliyyə Nazirliyi,Dövlət Sığorta Şirkəti yeyir,hətta məhkəmə qərarlarını da saymırlar.İcra hakimiyyəti əlillərin mülkiyyət-ev,torpaq,sahibkarlıq,müalicə hüququnu mənimsəyir,qanunverici deputat əlili pulsuz dərmandan, müalicədən məhrum etmək təklifilə çıxış edir,məhkəmə məmurun rüşvətilə qanuna,fərmana,konstitusiyaya qadağa qoyur.Əlillərə telefon,internet,qaz, işıq,su çəkilişi pulsuz olsa da,xidmət qurumları qanunu yox,ciblərini üstün tutub əlillərin “qeyri-əhali” qrupuna aid olduğunu bildirir.Ombudsman isə insan hüququnu yox,məmurların rüşvət hüququnu qoruduğunu səlahiyyətsiz olmasını açıqlaması ilə ortaya qoyur.Şirkətlər də məmurlardan örnək götürüb,ayrı-seçkilik edir,hətta dövlət adına verilən reabilitasiya vasitələrinin məhv olunmasına görə Qarabağ əlilindən 3 “əlil maşını”nın pulunu tələb edirlər.”NurgünMotors”un törəməsi ”Rəvan” Sığorta Şirkəti 3 ildir xaricdə müalicəyə ehtiyacı olan savaş əlilindən saxta defekt aktı tərtib edib 10 min manat qoparmaq fikrindədir.Vergilər Nazirliyi bu şirkəti elə bu saxtalığına görə cərimə etsə də,prokurorluq 8 aydır cinayət işi qaldırmağa tələsmir.Amma Qarabağ qazisi Asif Yusifli saxta ittihamla cəza çəkir.Yüz milyonlarla dolları yeyənlərə güzəşt edilir,saxta da olsa,dəyən ziyanın ödənilməsinə baxmayaraq Qarabağ əlilinə adekvat olmayan cəza verilir.Mobil operatorlar,yol polisi,rabitə xidməti pulla da əlillərə istədikləri nömrəni vermir ki,hakim təbəqəyə məxsusdur.Sabunçu RİH əlilə öz evini yenidən qurmağa,bağına girməyə rüşvətlə qadağa qoyur,Səbail RİH saxta çıxarışla qeyri-yaşayış otağını ələ keçirir,Nizami RİH 8 ildir məhkəmə qərarını icra etməyə borclu olsa da,digər borclu ƏMDK ilə birləşib,otaqları saxta şəhadətnamə ilə gah bankın,gah fiziki şəxsin adına “sənədləşdirir”.Suraxanı RİH əlillərin dərman,çörək puluna göz dikib, onların avtoyuma sexinə “öz sahibkarını” şərik qoşur,əlillərə isə qaraj,sahibkarlıq üçün torpaq,qeyri-yaşayış otağı tapılmır!(??) Dərd birdir-ikidir bəyəm?
Bir sözlə,əlillər tam hüquqsuz durumdadır və onlar əmindir ki,prezidentin bu haqsızlıqdan xəbəri yoxdur.Mitinq yolu ilə dərdlərini açıqlamaqdan özgə yolu qalmayan əlillər 07.11.2016-cı ildə BŞİH başçısına 3 dekabr-beynəlxalq əlillər günündə saat 15-dən 17-yə kimi Nərimanov metrostansiyasının çıxışındakı bağda “Əlil intiharlarına,həbslərinə son!”,”Qarabağ qazisi Asif Yusifliyə azadlıq!”,”Əlillərin qan,dərman,zibil pulunu yeyənlərə ar olsun!”,”Əlillər də insandır!”,”Əlillərə ayrıca ombudsman ayrılsın!” şüarları ilə sərbəst toplaşmaq üçün müraciət ediblər. 31 nəfərin imzaladığı müraciətə BŞİH-in bu yol konstitusiyaya qadağa qoymayacağı cavabına ümid edən əlillər ortalıq 500 nəfərin iştirakını bildiriblər.
Məğrur Bədəlsoy,Qarabağ əlili-jurnalist,mitinqin təşkilat komitəsinin sədri