SAHİBKAR QARABAĞ ƏLİLLƏRİNİ MAŞINA BASIB APARIBLAR DİN-İN 102 XİDMƏTİ ONA AİD OLMADIĞINIDEYİR,PROKURORLUQ İSƏ DƏSTƏYİ GÖTÜRMÜR

12-11-2016, 01:20           
SAHİBKAR QARABAĞ ƏLİLLƏRİNİ MAŞINA BASIB APARIBLAR DİN-İN 102 XİDMƏTİ ONA AİD OLMADIĞINIDEYİR,PROKURORLUQ İSƏ DƏSTƏYİ GÖTÜRMÜR
SAHİBKAR QARABAĞ ƏLİLLƏRİNİ MAŞINA BASIB APARIBLAR
DİN-İN 102 XİDMƏTİ ONA AİD OLMADIĞINIDEYİR,PROKURORLUQ İSƏ DƏSTƏYİ GÖTÜRMÜR
Bu gün saat 17 radələrində Qarabağ əlilləri və şəhid ailələrinin Bakıxanovdakı sahibkarlıq köşkündən özünü təqdim etməyən şəxslər əlillərin xaricdə müalicəyə getmək üçün dəyişmək istədiyi pulu götürərək,orada işləyən satıcını da maşına basıb aparıblar.Xatırladırıq ki,bu birinci hal deyil.Bundan 2 il qabaq da əlillərin 15 minini aparıb üstündən 5 minini götürüb qaytarmamışdılar.8 ay qabaq Sabunçu RPİ-nin yeni rəisi Eldar İlyasov da əlillərdən aylıq “dolya” tələb edib,orada işləyən əlili 6 saat məhkəməsiz həbs etmişdi.Ombudsmana,102-yə zəng edəndən sonra əlili sərbəst buraxmışdılar.İndisə 102 şikayəti qeydə almır ki,yalnılz polisdən şikayətlər qeydə alınır,195 “Çağrı Mərkəzi” isə vergi cinayətinə görə əlilin maşına basılıb aparılmasını qanuni hesab edib.Ombudsmanın “Qaynar xətti” isə şikayəti qeydə alıb tədbir görüləcəyini bildirdi.
Bu sətirlərin yazarı hüquq müdafiəçisi kimi sözügedən qanunsuz həbsdə Sabunçu RPİ-nin rəisi Eldar İlyasovun əli olduğunu ehtimal edir.Belə ki,nazirə müraciətimizdə E.İlyasovun əlil-sahibkarlardan aylıq haqq tələb edib,onları məhkəmə qərarı olmadan həbs etməsindən də şikayət etmişik.İstənilən halda məhkəmə qərarı olmadan kiminsə malının,pulunun,özünün həbs edilməsi demokratiya adına ləkədir.
Məğrur Bədəlsoy,DİN-in 1-ci qrup Qarabağ əlili-jurnalsit
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.