Türk iş adamı Rövnəq Abdullayevin icazəsiylə tikilən dükanı sökdürür - Qarabağ əlili döyüldü/Foto

12-11-2016, 00:59           
Türk iş adamı Rövnəq Abdullayevin icazəsiylə tikilən dükanı sökdürür - Qarabağ əlili döyüldü/Foto
Türk iş adamı Rövnəq Abdullayevin icazəsiylə tikilən dükanı sökdürür - Qarabağ əlili döyüldü/Foto Türkiyəli iş adamı Bakıda I qrup Qarabağ əlilini döydürüb BakiPost.az-a daxil olan məlumata görə, hadisə oktyabrın 30-da baş verib. Məlumata görə, əlili döydürən şəxs Türkiyənin "Okuklu İnşaat” firmasının Bakıdakı filialının rəhbəri Yılmaz Okukludur. Olay Ziya Bünyadov prospektində iş adamına məxsus bazarda dükan işlədən Şəhadət Sarıyevin oradan çıxarılma istəyindən sonra baş verib. Belə ki, Y. Okuklu Ş. Sarıyevə buranı böyütmək istədiyini deyib, və ondan bazarı tərk etməsini tələb edib. Qarabağ əlili isə ona qarşı çıxıb. Bundan sonra o, bazarda olmayanda Okuklunun "adamları” gələrək dükan işçilərini döyüblər. Üzərindən bir müddət keçəndən sonra Qarabağ əlilinin bazarı tərk etməyəcəyini görən iş adamı onun özünü də döydürüb. Faktı zərərçəkən Şəhadət Sarıyev də təsdiqləyib. Bildirib ki, Türkiyəli iş adamı onu 2009-cu ildən bəri "çörək ağacı” olan dükanından çıxarmaq istəyir: "7 ildir ki, ailəmi Dərnəgül Şossesi, Z. Bünyadov prospekti 77Q ünvanında yerləşən tikinti materialları dükanımdan gələn gəlirlə dolandırıram. 2 il əvvəl isə Okuklu firması bu ərazini alıb. Oranı almaq üçün 2 milyon pul verib. Mənim isə o bazarda 100 kvadrat metr sahədə daş tikilidən olan dükanım var. Orada məndən başqa heç kimin dükanı daşdan deyil. Mənə isə oranı tikməyə SOCAR icazə verib. O vaxt getdim dedim ki, mən Qarabağ əliliyəm, SOCAR-dan da mənə xüsusi icazə verdilər. Sənədlə mənim mağazam onun aldığı əraziyə düşmür. Amma iş adamı bizim yerləşdiyimiz yeri də mənimsəyib”. Qarabağ əlilinin sözlərinə görə, bazardan çıxması üçün ona müxtəlif təzyiqlər göstərilir: "Oktyabrın əvvəlindən gəlib deyir ki, çıxın burdan, mən bazarı genişləndirirəm. Mən də tək gəlir yerim olan dükanımdan çıxmaq istəmirəm. Ayın əvvəli gəlib işçilərimi döydülər. Sonradan işığımızı kəsdilər. Getdim ki, öyrənim görüm nə məsələdir. Yılmaz Okuklu və 5-6 idmançı məni vəhşicəsinə döydü. Xəstəxanada 4 gün qaldım. Başımdan travma almışam, bədənimin müxtəlif nahiyələrində xəsarətlər var. Bununla bağlı da ekspertiza rəyi var. Mənim gözümün biri tamamilə görmür. O biri gözüm isə 3-4 faiz görür. Bunlar da gəlib döyürlər, tamamilə kor olsam buna necə cavab verəcəklər?” Şəhadət Sarıyev məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib: "Cənab prezident, mən 2 gözdən əlil Qarabağ müharibəsi iştirakçısıyam. Türkiyə vətəndaşı Okuklu Yılmaz və onun 5 nəfərdən ibarət qoçu dəstəsi tərəfindən ölüm vəziyyətinə qədər döyülmüşəm, ağır söyüşlərlə təhqir olunub alçaldılmışam və buna görə şikayət etmişəm, lakin şikayətimə baxılmır. Xahiş edirəm məzlum duruma salınmış, mənəviyyatı sındırılmış, müharibədə gözlərinin nurunu itirmiş Qarabağ əlilininin bu problemini şəxsi nəzarətinizə götürəsiniz”. Məsələ ilə bağlı "Okuklu İnşaat”ın mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.