Gömrük generalı qumarda 1 milyon uddu – İddia

14-11-2016, 15:42           
Gömrük generalı qumarda 1 milyon uddu – İddia
Bakı Baş Gömrük İdarәsinin rәisi Vüsal Novruzov Azәrbaycan mәtbuatına yad isim deyil. Bu sәbәbdәn dә onunla bağlı mәlumatlar daim maraqla qarşılanır. Yenicag.az xәbәr verir ki, bu mәmurun qumar oyununa aludә olmasına dair dövrü mәtbuatda dәfәlәrlә yazılar yayımlanıb.
Novruzovun Gürcüstana tez­tez sәfәrlәr edәrәk, bu şakәrinә orada dәrman tapdığı da iddia olunur.
Fövqәlnazirlә qohumluq әlaqәlәrinә görә, sürәtlә yüksәlәn V.Novruzovun son Tiflis sәfәrindә әlinin “gәtirdiyi” vurğulanır. 
Maraqlıdır ki,hәmişә qumarda uduzanların adı hallanır, bu dәfә isә qazananın adı dillәrdә dolaşır. Yayılan xәbәrlәrә görә, gömrükçü son oyunda 1milyon dollar udub. Doğrudur, bu mәblәğ onun kimi oliqarx mәmur üçün kiçik rәqәm sayılsa da, Tiflisdә bu xәbәr ciddi rezonans yaradıb. Çünki Azәrbaycandan qonşu ölkәyә qumar oynamağa gedәnlәrin әksәriyyәtinin “әlinin gәtirmәdiyi” bildirilir. Mәsәlә ilә bağlı V.Novruzovun mövqeyini öyrәnmәk istәsәk dә, bizdә olan kontakt bilgilәrinin heç biri vasitәsi ilә gömrük generalı ilә әlaqә yarada bilmәdik.Yenicag/
Ancaq istәnilәn zaman V.Novruzova cavab haqqı tanıyırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru