"Təzə Bazar" MMC-nin rəhbəri hansı nazirin adından istifadə edir?

9-06-2015, 18:45           
 "Təzə Bazar" MMC-nin rəhbəri hansı nazirin adından istifadə edir?
tən yazılarımızda “Təzə Bazar”la bağlı olduqca maraqlı məlumat vermişdik.

Bir daha nəzərinizə çatdıraq ki, bazar rəhbəri Vaqif Şıxəliyev heç bir konpensasiya ödəmədən sahibkarın obiyektini sökdürərək böyük qanun pozuntusuna yol verib. Üstəlik zərərçəkən Sahib Daşdəmirov V. Şıxəliyev tərəfindən hədələnib.

Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (23 saylı mağaza) sahibkar Daşdəmirov Sahib Atamoviçin xüsusi mülkiyyətində olsada V. Şıxəliyevin özünəməxsüs addımları sahibkarın hərəkətə keçməsinə şərait yaradıb. Əldə etdiyimiz məlumatlara görə, şikayətçi Sahib Daşdəmirov mülkiyət hüququnu bərpa etmək üçün lazımı orqanlara müraciət edib. Necə deyərlər, Şıxəliyevin “yuxarılara” minnəti məsələni qapadır.

Yuxarıda göstərdiyimiz fakta misal üçün Binəqədi məhkəməsinin qərardadı göstərmək olar. Məhkəmənin qərardadı (İş№2(001) -14786\2014 saylı) Sahib Daşdəmirovun lehinə olsada, sonradan misli görünməyən qanun pozuntusu qərardadın ləğvinə gətirib çıxarıb. Mənbə iddia edir ki, Vaqif Şıxəliyev istənilən an məsələni lehinə həll etmək iktidarındadır. Belə ki, V . Şıxəliyevə yaxın olan mənbənin dediyinə görə “Təzə Bazar”ı elə məhz “krişa” hesabına əldə edib.

“Təzadlar”da "Vaqif Şıxəliyev nazir Ramil Usubovun adından sui-istifadə edir” və” Xalqxeber.tv”də “Ramil Usubova Vaqif Şıxəliyevdən niyə şikayət edildi “ başlıqlı məqalələr bir çox suallar meydana gətirir. Görünür, “Təzə Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev nazirin adından məharətlə istifadə etməyi bacarır. (Növbəti yazılarımızda Daxili İşlər Nazirliyinin məsələyə münasibətini dərc edəcəyik)

Digər bir məlumatda isə bildirilir ki, Ali Məhkəmə V. Şıxəliyevin lehinə qərar çıxararaq onu “sevindirməyi” bacarıb. Məsələ ilə bağlı mülkiyyət hüquqları pozulmuş Sahib Daşdəmirovla əlaqə yaratdıq.

S. Daşdəmirovun dediklərindən: Bəli, mənim obiyektim qeyri-qanuni yolla Vaqif Şıxəliyev tərəfindən özəlləşdirilib. Ölkənin qanunları qəti olaraq V. Şıxəliyev üçün əhmiyyət daşımır. Necə ola bilər ki, tam sənətlərlə özəl obiyektim yerlə yeksan olunur? Mənim ölkə xaricində olmağımdan istifadə edənlər bilməlidirlər ki, haqq-ədalət bərpa olmayınca geri çəkilən deyiləm. Tutaq ki, elə saxta yolla V. Şıxəliyev istədiyinə nail oldu, bəs Allaha necə cavab verəcək?

Sahibkara məxsüs obiyektin əlindən alınması ən azından dövlətə və dövlətin qanunlarına böyük sayğısızlıqdır. Araşdırmalardan belə qənaətə gəlmək olar ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (23 saylı mağaza) obiyekt tam qanuni sənətlərlə Sahib Daşdəmirova məxsüsdur.

Lakin sahibkarın tələbi məhkəmə orqanları üçün o qədər də önəmli deyil. Burda sual yarana bilər ki, tam qanuni sənətlərlə sahibkara məxsüs obiyekt hansı əsaslarla yerlə yeksan oluna bilər? Və zərərçəkmişin şikayəti arxa plana atılır. Qanunda göstərilir ki, obiyekt sahibi konpensasiya ilə təmin edilməlidir. Əfsüslər olsun ki, misli görünməyən qanun pozuntusu Vaqif Şıxəliyevə qurban verilir. Araşdırmalarımız davam edir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

REDAKSİYADAN. Məsələ ilə bağlı adı hallanan Vaqif Şıxəliyevlə telefon əlaqəsi yaratdıq. Səhətində ciddi problemlər olduğu üçün Türkiyədə müalicə aldığını bildirdi. Məsələyə münasibəti isə konkret oldu: Ölkəyə qayıdan kimi sizinlə əlaqə saxlayacağam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.