İsmayıllının yeni avtovağzalında köhnə bərbadlıq... - Ətrafa yayılan üfunət hər kəsi narahat edir

10-06-2015, 20:50           
İsmayıllının yeni avtovağzalında köhnə bərbadlıq... - Ətrafa yayılan üfunət hər kəsi narahat edir
İsmayıllının mərkəzi avtovağzalı üfunət qoxuyur.

TİA.AZ-a verilən məlumatda deyilir ki, kəskin iydən vağzal həndəvərinə yaxınlaşmaq olmur. Sakinlər deyirlər ki, məişət tullantıları vağzalın tualetinə atılıb, hər yanı dözülməz qoxu bürüyüb. Avtovağzal ərazisində dayanmaq mümkün deyil. Odur ki, ərazi qoyun-quzu oylağına çevrilib.

İsmayıllının yeni avtovağzalında köhnə bərbadlıq...


Sakinlər bildirirlər ki, İsmayıllı avtovağzalı yeni inşa olunub. Buna baxmayaraq, bərbad günə salınıb. Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi və icra hakimiyyətində məsul şəxslər bu problemlə maraqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru