Kərəm Həsənovun Ucardakı işçisindən şikayət

11-06-2015, 10:43           
Kərəm Həsənovun Ucardakı işçisindən şikayət
Ucar rayonu 416-cı Taqanrok küçəsi ev 13 sakini Qəhrəmanov Amil Mahmudəli oğlu teref.azyta şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:

"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun qanunsuz əməllərindən biz Ucar rayon camaatı çox əziyət çəksək də bu saxtakar barəsində heç bir tədbir görülmür.Nəticədə də çoxlu sayda kasıb, imkansız insanlar süründürməçiliyə, özbaşınalığa məruz qalıb.Bu saxtakar Ədalət Cabbarov barəsində edilən şikayətlərə də baxılmır .Buda onu deməyə əsas verir ki, onu himayə edirlər, buna görə də o istədiyi özbaşınalıqları edir.Ucar rayonunun Nizami küçəsi 8-də atamdan miras qalmış 5 ha. torpaq sahəsi və 156 kvadratmetr mənzil sahəsi olan yaşayış evini bizim xəbərimiz olmadan, bizə məlumat vermədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov bacım Qəhramanova Təzəgül Mahmudəli qızının və qardaşımın həyat yoldaşının adına reyestr çıxarışı vermişdir.Bundan sonra mən mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə müraciət etdim. Ucar rayon Məhkəməsi iddiamı təmin edib atamdan qalma mirasın 5/8 hissə payının vərəsə kimi mənim tərəfimdən qəbul etmə faktının təsdiq edilməsinə dair 13.04.2015-ci il tarixdə qətnamə çıxartdı.Həmin Qətnamə qanunu qüvvəyə minib icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməətinin 16-saylı Ərazi İdarəsinə göndərilsədə qanunsuz olaraq icra edilmir ki, süründürməçiliyə məruz qalmışam.Məndən istədikləri pulu verə bilmədiyim üçün deyirlər ki, bu mümkün deyil.Ucar rayon Məhkəməsinin qətnaməsini get ya natariusda, yada elə məhkəmənin özündə ləğv etdir.Bunlar bu sözlə məni sanki ələ salırlar.Nəyə görə ləğv edilməsini isə izah edə bilmirlər.İzahı isə budur ki, bacımın və qardaşımın arvadının adına qanunsuz olaraq reyestr çıxarışı veriblər.Bəs necə olur həmin evə dair iki nəfərin adına reyestr çıxarışı verə bilirlər, indi əlimdə qanunu Məhkəmə qətnaməsini icra edə bilmirlər.Bu tam cinayət faktıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov edir.Bu boyda saxtakarlıq, özbaşınalıq olmaz.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Əmlak Məsələri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət edib xahiş edirəm ; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun qanunsuz əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görülməsinə və Ucar rayon Məhkəməsinin 13.04.2015-ci il tarixli qətnaməsinin icra edilməsinə tapşırıq verin".

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.