Salyan reallığı - Bərbad günə qalmış idman, dağılmış strukturlar!FOTO
3-07-2015, 11:03
Ölkə rəhbərliyinin prioritet hesab etdiyi idman və onun inkişafına dəstək əyalətlərdə söz olaraq qalır. Öz məhdud imkanları çərçivəsində bu sahəyə maraq göstərib töhfə vermək istəyənlərə cavadehlər kömək etmək əvəzinə, əkisnə, maneələr yaradırlar.
Salyan Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində rayonda bədən tərbiyəsi və idmanın inkişafı vacib məsələlər sırasında qeyd edilib.
Bu, reallıqda necədir?
Əvvəlcə onu qeyd edək k, rayon üzrə 54 orta məktəb var. Bu məktəblərdə 100-ə yaxın fiziki tərbiyə müəllimi çalışır və onlara il ərizndə ümumilikdə təxminən 200 min manat əmək haqqı ödənilir. Məktəblərdəki (xüsusilə kənd yerlərində olanlarda) idman qurğu və zalları bərbad vəziyyətdə, maddi-texniki baza yox səviyyəsindədir.
Yaşadığımız çoğrafi məkanı, torpaqlarımızın işğal altında olmağını və sivil dünyaya inteqrasiyanı nəzərə alsaq, dövlətimizin gücü yetişməkdə olan nəslin sağlam, hər cəhətdən hazırlıqlı olmağından asılıdır. Bunu təmin etmək üçün hər cür imkanımız var. Sadəcə istək və məqsədyönlü fəaliyyət lazımdır.
Amma o iş ki, formal olaraq icra olunur, ondan yaxşı nəticə gözləməyə dəyməz. Gəncləri narkomanyadan uzaqlaşdırmaq üçün məktəblərdə də tez-tez tədbirlər keçrilir. Yerli icra, hüquq-mühafizə, təhsil, səhiyyə orqanlarının əməkdaşları yığışırlar, danışırlar və bununla işlərini bitmiş hesab edib çıxıb gedirlər.
Uşaqlara sağlam həyat tərzi aşılamaq üçün hər cür şəraitli bağça, məhəllədə oyun meydançası, məktəbdə idman qurğuları, asudə vaxtlarını yaşıdları və ya valideyləri ilə birgə keçirə biləcəkləri istirahət məkanları lazımdır.
Salyan rayonu Arbatan kənd orta məktəbində baş verənlər real vəziyyətə güzgü tutur. Bu kəndin tanınmış idman adamı Zabil Pənahov infom.az-a bildirib ki, məktəbin uçuq-salxaq akt zalını öz imkanları hesabına qaydaya salaraq, burada yeniyetmələr üçün boks məşğələləri təşkil edibmiş. Məktəb direktoru Nadir Rüstəmov onlara kömək etmək əvəzinə, elə ilk gündən süni əngəllər yaradıb. 1 ay əvvəl isə zala əlavə qıfıl vuraraq məşğələni dayandırıb.
Şifahi sörğumuzu cavablandıran Nadir Rüstəmov zalı bağlamağını belə əsalandırdı ki, rayon icra hakimiyyəti başçısı Tahir Kərimovun Arbatan kənd sakinlərilə yaxın zamanda bu məkanda görüşü gözlənilir. İcra başçısının yerlərdə əhali ilə görüş keçirməyi yaxşı haldır. Təbii ki, bundan ötrü uyğun yer seçilməli və hazırlıq görülməlidir. Amma 1 ay əvvəldən zalı bağlayıb məşğələləri dayandırmaq heç cür başadüşülən deyil.
İşdən hali olan Salyan rayon Gənclər və İdman İdarəsi 14.05.2015-ci il tarixdə, Salyan RİH başçısının Arbatan kəndi üzrə nümayəndəsi Akif Səfərov isə ondan ay yarım sonra məktəb direktoru Nadir Rüstəmova rəsmi qaydada müraciət edərək, idman sahəsindəki təcrübə və xidmətlərini nəzərə alıb məşqçı Zabil Pənahova məktəbdə idman məşğələləri keçirmək üçün şərait yardılmasını xahiş edib.
Amma direktor bu müraciətlərə də əhəmiyyət verməyib. Bir kənddə idman məşğələsi keçirmək üçün qapalı zal olmamağı sosial-iqtisadi inkişafla bağlı neqativ göstəricilərdən biridir.
Məktəbin idman zalının istifadəyə yararsız olmağı isə oradakı fiziki hazırlıq işinin hansı səviyyədə aparılmağından xəbər verir. Bərbad vəziyyətdə olan bu zalın mövcudluğu olsa-olsa məktəbdə ştat vahidi saxlanılmasına, kiminsə əmək haqqı almağına, kim(lər)insə təmir pulu silməyinə yarıya bilər.
Narkomaniyaya qarşı mübarizə belə zalların istifadəyə yararlılıq vəziyyətinə gətirilməyindən keçir. Ölkənin bir çox yerlərində olduğu kimi, Salyan rayonunda da “Olimpiya” idman kompleksi var. Amma ucqarlarda yaşayanların bura gəlib-getmək, orakı xidmətlərdən yararlanmaq imkanı barədə də düşünülməlidir.
Bizdə artıq yaxşı nümunələr var. Bunu yerlərdə yaymağın, idman komlekslərini, digər sosial obyektləri, istirahət parklarını ucqarlarda yaratmağın zamanıdır. Bəzi yerlərdə imkanlı şəxslər də belə işlrin xərcini öz üzərinə götürə bilər. Bunun üçün məqsədli təşəbbüslər dəstəklənməlidir ki, ortaya nümunəvi nəticə çıxsın.
Məşğələləri dayandırmaq üçün ağzına qıfıl vurub, yalnız yığıncaq günlərində qapısı taybatay açılan zalda rəhbər işçilərə mədhiyyə oxumaq, əl çalmaq və yalançı hesabatlar verməklə biz kimi aldadırıq?..