Bu ərazilərdə qaz olmayacaq

3-06-2017, 13:23           

İyunun 4-6-sı tarixlərində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib. Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədardır.

"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru