“qız evində toydur, oğlan evinin xəbəri yoxdur” - Aydın Bəşirov danışdı

22-06-2017, 15:59           
“qız evində toydur, oğlan evinin xəbəri yoxdur” - Aydın Bəşirov danışdı
Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

A.Bəşirov “Ölkə.Az”-a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib:

“Mən necə vəzifəyə təyin edilmişəm ki, xəbərim yoxdur? Bilirsiniz, bu “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” misalına bənzəyir. Mən heç bir vəzifəyə təyin olunmamışam, evimdə istirahət edirəm. Ola bilsin ki, kimsə məni Fövqəladə Hallar Nazirliyinin binasında görüb, ona görə də belə yazırlar. Mən nazir Kamaləddin Heydərovla dostam, hərdən də nazirliyə gedib onunla görüşürəm. Həm də evim Nazirliyin yüz metrliyində yerləşir. Bütün bunlar o demək deyil ki, mən FHN-də işə düzəlmişəm. Yenə deyirəm, bu cür məlumatlar tamamilə yalandır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.