Beynəlxalq Banka sədr təyin edildi - Yeni sədr “Sığorta Mamed”in oğludur...

20-07-2015, 12:26           
Beynəlxalq Banka sədr təyin edildi - Yeni sədr “Sığorta Mamed”in oğludur...
Beynəlxalq Banka sədr təyinatı baş verib.

Axar.az-a daxil olan qeyri-rəsmiməlumata görə, bu gün “Azər-Türk Bank” ASC-nin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının sədri seçilib.

Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və Bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.

Elmar Məmmədov 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib.

Ötən il dekabrın 14-də “Azər-Türk Bank" ASC-nin səmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmişdi.

Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun (Azərbaycanda “Sığorta Mamed” kimi məşhur olan şəxs) oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.