Vali: Şərqi Azərbaycan İran-Türkiyə münasibətlərinin inkişafı üçün körpüdür

Dünən, 15:44           
Vali: Şərqi Azərbaycan İran-Türkiyə münasibətlərinin inkişafı üçün körpüdür
Yeni vali Bəhram Sərməst Şərqi Azərbaycan vilayətinin İran-Türkiyə münasibətlərində inkişafın körpüsü olduğunu ifadə edib.

Rəsmi dövlət agetnliyi İRNA-nın xəbərinə görə, cənab Sərməst bu sözləri Türkiyənin Təbrizdəki konsulluğunda Türkiyə Cümhuriyyətinin 101-ci ili münasibəti ilə təşkil olunan tədbirdə dilə gətirib.

“Türkiyə və digər qonuş ölkələrlə iqtisadi diplomatianı genişləndirmək yönündə vilayətimizin bir çox iqtisadi potensialı var,” vali söyləyib.

O, Türkiyə ilə əlaqələrin inkişafını Məsud Pezeşkianın “milli birlik hökümətinin xarici siyasət sahəsində prioritet istiqamətlərindən biri” olduğunu qeyd edib.

Bəhram Sərməst həmçinin deyib ki, “Təbriz və İstanbul arasında 2018-ci il müqaviləsi və iki şəhərin qardaş şəhərlər olma layihəsini həyata keçirməyə hazırıq.”
İran Azərbaycanında bəzi yerli siyasətçilər və millət vəkilləri keçmiş illərdə Türkiyə ilə iqtisadi və ticari əlaqələrin artmasını istədiklərini ancaq Tehranda bəzi kəsimlərin buna əngəl törətdiyini ifadə ediblər.

Şərqi Azərbaycanın sabiq valisi və Təbrizin sabiq millət vəkili Əhməd Əlirza Beygi 2020-ci ildə Cavad Zərifin Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu “Arazı Ayırdılar” şeirinə təpkisini tənqid edərək, Türkiyə ilə münasibətlərin pozulmamasına diqqət yetirilməsini istəmişdi. Əlirza Beygi həmçinin xarici siyasətdə Təbrizə də rol verilməsini tələb etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.