Kral III Çarlz harada müalicə alır?

31-10-2024, 18:04           
Kral III Çarlz harada müalicə alır?
Böyük Britaniya kralı III Çarlz Kraliça Kamillanın müşayiəti ilə Hindistanın Banqalor şəhərinə şəxsi səfər edib və burada üç gün alternativ tibb sağlamlıq mərkəzində qalıb.

Bu barədə Hindistanın PTI agentliyi məlumat yayıb.

Kral cütlüyünün üç günlük səfəri zamanı qaldığı sağlamlıq mərkəzi yoqa seansları, meditasiya və müxtəlif müalicələr təklif edir.

Bildirilir ki, Kral və Kraliça ayurveda və naturopatiya da daxil olmaqla, müxtəlif sağlamlıq müalicələrindən keçiblər.

Müalicələrin bir hissəsini xüsusi pəhriz təşkil edib.

Xatırladaq ki, III Çarlz xərçəng xəstəsidir. Xəstəliyinə baxmayaraq, əlahəzrət son aylarda daha tez-tez ictimaiyyət qarşısına çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.