Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırıldı

Dünən, 15:14           
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırıldı
Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına qoşulması üzrə danışıqları dayandırdığını və respublikadan genişmiqyaslı seçki islahatları aparmağı tələb etdiyini açıqlayıb.

Bu, təşkilatın üzv ölkələrin irəliləyişini qiymətləndirdiyi hesabatda qeyd olunub.

Avropa Komissiyası Gürcüstanda parlament seçkilərində Moskva ilə əlaqələri dəstəkləyən partiyanın qalmasından narazıdır. Eyni zamanda təşkilat hesab edir ki, Gürcüstan Avropa xarici siyasətinə uyğunluq baxımından aşağı səviyyədədir, xüsusilə də Rusiya, Belarus və İrana qarşı sanksiyaları dəstəkləmək istəmir.

Hesabatda həmçinin Gürcüstandan Rusiyaya birbaşa uçuşların sayının artması və Avropa İttifaqı ilə bağlı məlumatların manipulyasiyası hallarını artırması tənqid edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.