Samsung iPhone ilə rəqabət aparmağın yeni yolunu tapıb

31-10-2024, 15:34           
Samsung iPhone ilə rəqabət aparmağın yeni yolunu tapıb
"Samsung" korporasiyası bahalı smartfonlar üçün yeni bir brend buraxmağı qərara alıb.

Bu barədə "E-Today" nəşri yazıb.

Məlumata görə, şirkət bütün smartfonlarını "Galaxy" ticarət markası altında istehsal etməsindən narahatdır. Korporasiyanın rəhbərləri hesab edir ki, bu yanaşma markanın dəyərini azaldır. Bu səbəbdən, "Samsung" premium cihazları istehsal edəcək ayrıca bir brend yaratmağı düşünür.

Qeyd edək ki, "Galaxy" məhsul xəttinə Z, S, A, M və F seriyalarına aid smartfonlar daxildir. Müqayisə üçün, "Apple" yalnız "iPhone" brendi altında bahalı cihazlar istehsal edir.

Cənubi Koreya şirkəti ayrı ticarət markası ilə Amerika rəqibi ilə mübarizə aparmağın və premium smartfonları bazara çıxarmağın daha asan olacağına inanır.

Mütəxəssislər "Hyundai" korporasiyasının uğurunu müsbət nümunə kimi görürlər. Yerli avtomobil istehsalçısı "Genesis" lüks brendini yaradaraq yalnız premium modellər istehsal etməkdə müvəffəqiyyət əldə edib. Belə ki, ayrı ticarət markası "Hyundai" brendinin imicinin yaxşılaşmasında əsas rol oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru