Yeni tikilən yollar niyə çökür? - RƏSMİLƏRDƏN maraqlı cavab

31-10-2024, 16:41           
Yeni tikilən yollar niyə çökür? -
Bir neçə gün öncə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yol çöküb. Yeni asfaltlanan yolun çökməsi istifadə olunan materialların keyfiyyətsizliyi barədə suallar doğurub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-a bildirilib ki, sözügedən ərazidə problemə səbəb bir müddət bundan əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti qurumlar tərəfindən həyata keçirilən qazıntı işləridir:

“Hadisə yerinə dərhal qurum əməkdaşları cəlb olunub və problemin aradan qaldırılması üçün işlər aparılıb”.
Lakin ilk dəfə deyil ki, şəhər ərazisində yolun çökdüyünün şahidi oluruq. Bəs yolların tez zamanda sıradan çıxmasına səbəb nədir?

Mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyd edib ki, yol çəkilən zaman ilk növbədə torpaq yatağının, daxili süxurların möhkəmliyinə fikir vermək lazımdır:

“Eyni zamanda, asfaltlanmaya qədər olan daxili hissədə boruların, su axarlarının istiqaməti kimi faktlar gözdən keçirilməlidir. Əks halda yolun çökməsi və ya sürüşmə hallarına, zərərçəkmiş insanların sayının artmasına səbəb ola bilər”.

“Nəqliyyat vasitələrinin say etibarilə nəzərə almaq lazımdır ki, yollarda ləngimələr yaranmasın. Bu zaman həm yollar üzərində ağırlıq yaranmaz, həm də tıxac və qəzaların qarşısı alınar",- deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.