Ermənistan bazarlarında qiymətlər Azərbaycandakından ucuz imiş? FOTO

31-07-2015, 00:14           
Ermənistan bazarlarında qiymətlər Azərbaycandakından ucuz imiş? FOTO
Bakı bazarlarında qiymətləri ucuz hesab etmək olmaz.

BBC Azərbaycanca paytaxtda yerləşən 3 müxtəlif bazarda olub və gündəlik tələbat məhsullarının orta qiymətini müəyyənləşdirib.

Biləcəri, 8-ci kilometr bazarı və Təzə bazardakı satıcıların əksəriyyəti alıcılıq qabiliyyətindən şikayətçidir. Onlar ötən illərə nisbətən bu il məhsuldarlığın da zəif olduğunu bildirirlər.

Satıcılar bu halı, quraqlıqla əlaqələndirirlər. Bəzi satıcılar isə avqustda məhsulun daha da bol olacağını bildirir.

Maraqlısı odur ki, bu bazarlarda da qiymət fərqlənir. Üç bazardan ən bahalısı Təzə bazardır. Digər iki bazarın satıcıları "ən ucuz bazar bizimdir" deyir.

Azərbaycandan fərqli olaraq, Ermənistan bazarlarında qiymətlər ucuzdur. BBC-nin müxbiri Aleksey Manvelyanın dediyinə görə, bazarlarda satıcılar narazı deyil, gətirilən ərzaq satılır.

"Alıcılıq qabiliyyəti müxtəlifdir. Biri qram-qram ala bilir, o birisi ən bahalısını. 100 dollar pensiya alanın gücü nəyə çatarsa", o bildirir.

BBC müxbiri Nina Axmeteli isə Tbilisidə bazara baş çəkib və qiymətləri öyrənib. Fərqləri və ya oxşarlığı aşağıdakı şəkillərdə görə bilərsiniz.


Digər malların qiymətləri
Bakı Tbilisi Yerevan
Soğan (kq) $0.33-$0.57 $0.44 $0.63-$0.73
Pomidor (kq) $0.48-$0.95 $0.66-$0.88 $0.42-$0.73
Xiyar (kq) $0.48-$0.76 $0.31-$0.44 $0.31-$0.52
Bal (kq) $17-$19 $8.36
Armud (kq) $1.43-$2.38 $2.09-$3.13
Alma (kq) $0.95-$3.80 $1.10 $0.42-$1.15
Göyərti (dəstə) $0.10-$0.20 $0.09 $0.21-$0.42
Qarpız (kq) $0.27-$0.38 $0.18 $0.13-$0.21
Lobya (kq - göy) $0.57-$0.95 $0.88 $1.25












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.