“İnvestorla fikir ayrılıqları vardı…” –Əli Əhmədov fins.az-dan getdi, yeni sayt yaratdı

24-10-2017, 14:11           
“İnvestorla fikir ayrılıqları vardı…” –Əli Əhmədov fins.az-dan getdi, yeni sayt yaratdı
Tanınmış jurnalist Əli Əhmədov Fins.az-dakı işindən ayrılıb.

Ə.Əhmədov Modern.az-a faktı təsdiqləyib:

“Bir neçə ay əvvəl vaxtilə yaratdığım Fins.az saytından uzalaşmışam. Burada fəaliyyətimi dayandırmağımın səbəbi saytın inkişaf istiqaməti və idarə olunması ilə bağlı bəzi məsələlər üzrə əvvəlki investorla fikir ayrılıqlarım və yeni layihəyə cəlb edilməyimdir”.

Ə.Əhmədov fəaliyyətini Fed.az saytında davam etdirir: “Bəzi media layihələrində iştirak edirəm və daxil olan təklifləri dəyərləndirirəm. Eyni zamanda, Fed.az saytına rəhbərlik edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.