`BakuBus` gediş haqlarının qaldırılacağı xəbərini təkzib etmir...

24-10-2017, 17:16           

Son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də "BakuBus" avtobuslarının gediş haqlarını artıracağı ilə bağlıdır. Buna səbəb isə, 2016-cı ildə "BakuBus"ın 55 milyon manat zərərlə işləməsidir. Bunu nəzərə alan iqtisadçılar bildirirlər ki, yaxın günlərdə "BakuBus" avtobuslarında gediş haqları qaldırıla bilər.

FaktXəbər-in verdiyi məlumata görə, Sputnik xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevdən öyrənib. O bildirib ki, gedişhaqqı ilə bağlı məsələlər "BakuBus"ın səlahiyyətlərinə daxil deyil.

"BakuBus" daşıyıcı şirkətdir və sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirsəniz, görərsiniz ki, maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar" — Piriyev vurğulayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də açıqlamasında deyib ki, ölkə ərazisində ictimai nəqliyyatda gediş haqlarının qaldırılması nə daşıyıcının, nə də başqa qurumun səlahiyyətindədir. Bu, birbaşa olaraq Tarif Şurasının qərarından asılıdır. O ki qaldı Bakı Nəqliyyat Agentliyinə, belə bir məsələ bizim gündəliyimizdə yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru