Araz Supermarketlər Şəbəkəsi tənqidə çevik reaksiya verdi MÖVQE
2-11-2017, 13:31

teref.az olaraq "Araz" supermarketindən alınan kolbasa məmulatının xarab çıxması ilə bağlı 31.10.2017- ci ildə dərc etdiyimiz tənqidi yazıya "Araz Supermarketlər Şəbəkəsindən cavab gəlib. Araz Supermarketlər Şəbəkəsinin mövqeyini oxuculara təqdim edirik:
“Araz Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə daima önəm verir. Biz istehlakçılara daima təzə və keyfiyyətli məhsullar təqdim edirik. Qeyd olunan halla bağlı bildirmək istəyirəm ki, marketlərimizdə ət və ət məhsullarının saxlanma şəraitinə tam əməl olunur. Qeyd edim ki, məhsulun keyfiyyətinə istehsalçı şirkət məsuliyyət daşıyır. Biz tədarükçülərdən məhsul alan zaman onlardan məhsulla bağlı müvafiq gigyena və keyfiyyət sertifikatlarını tələb edirik.
Müştərilərimizdən hər-hansı bir neqativ hal yaşandıqda dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq bizə məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur.”
Hörmətlə
Elvin Babayev
İctimaiyyətlə Əlaqələr Şöbəsi
Tənqidə dözümlülüklərinə və belə çevik reaksiyalarına görə Araz Supermarketlər Şəbəkəsinə təşəkkür edirik!
teref.az