Aydın Əliyev nədən prezidentin fərmanını icra etmir? - Gömrükçülər etiraza qalxa bilər

2-09-2015, 22:02           
Aydın Əliyev nədən prezidentin fərmanını icra etmir? - Gömrükçülər etiraza qalxa bilər
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev prezident İlham Əliyevin Fərmanını icra etmir. Məlumat üçün deyək ki, 2011-ci ildə prezident “Gömrük əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar” Fərman imzalayıb.

Fərmanın birinci maddəsində deyilir ki, Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun. Amma İstiqlal.az-a daxil olan məlumata görə, artıq 4 aydır Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri sözügedən Fərmanla aylıq vəzifə maaşlarına edilməli əlavəni ala bilmir.

Məlumata görə, sonuncu dəfə bu əlavə gömrükçülərə aprel ayında verilib. Rəhbərliyin hansı səbəbdən bu əlavəni vermədiyi bəlli deyil. Bəzi ehtimallara görə, bu maliyyə böhranı ilə əlaqədardır. Məlumatda bildirilir ki, gömrükçülərin ailə üzvləri məsələ ilə bağlı prezidentə müraciət etməyi düşünür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.