Arda Gülerin yeni klubu AÇIQLANDI

24-11-2024, 10:34           
Arda Gülerin yeni klubu AÇIQLANDI
“Real Madrid”in futbolçusu Arda Gülerin transferi ilə bağlı yeni məlumatlar dərc edilib.

Referans.az xəbər verir ki, Ardanın karyerasını İngiltərədə davam etdirəcəyi irəli sürülüb. İspaniya mətbuatında çıxan xəbərlərə görə, türk futbolçu "Mançester Yunayted"ə transfer ola bilər. Xəbərdə deyilir ki, nəhəng komandada əsas heyətdə oynamaq istəyən Arda Güler icarə variantına razılıq verib və “Mançester Yunayted”in təklifini qəbul edə bilər. İngiltərə komandasının bu transfer üçün “Real Madrid”ə 1,5 illik icarə təklifi irəli sürdüyü deyilir.

"Mançester Yunayted"də çıxış edən Luis Saha İngiltərə mətbuatına Arda Güler haqqında açıqlamalar verib. Saha Ardanın yeni dəyişikliyə ehtiyacı olduğunu qeyd edib. Keçmiş futbolçu “Mançester Yunayted”də oynamağın Ardanın təcrübə toplaması üçün uğurlu olacağını irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru