Finlandiyada 300-ə yaxın aviareys ləğv ediləcək

24-11-2024, 11:38           
Finlandiyada 300-ə yaxın aviareys ləğv ediləcək
Pilotların tətili ilə əlaqədar olaraq "Finnair" dekabrın 9-u və 13-də təxminən 300-ə yaxın uçuşu ləğv edib.
TASS xəbər verir ki, bu barədə daşıyıcı press-relizdə məlumat verib.

"Fin Pilotlar İttifaqının danışıqlar aparmaq əvəzinə tətilə qərar verməsi məyusedicidir. Təəssüf ki, bu, Milad öncəsi mövsümdə minlərlə müştərimizin səyahət planlarını pozur", - şirkətdən məlumat verilib.

Bildirilir ki, "Finnair" dekabrın 9-da 140-a yaxın, dekabrın 13-də isə 150-yə yaxın reysi ləğv edəcək.

Tətil sentyabrın 30-da həmkarlar ittifaqı ilə daşıyıcı arasında bağlanmış kollektiv əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədardır. Yeni müqavilə üzrə danışıqlar üç aydır ki, heç bir irəliləyiş əldə edilmədən davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru