Konqoda torpaq sürüşməsi: 7-si uşaq olmaqla 9 nəfər ölüb

24-11-2024, 00:13           
Konqoda torpaq sürüşməsi: 7-si uşaq olmaqla 9 nəfər ölüb
Şiddətli yağışların təsirli olduğu Konqo Demokratik Respublikasında baş verən sürüşmə nəticəsində səkkizi eyni ailədən olan azı 9 nəfər ölüb.

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının şərqində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 9 nəfər həyatını itirib. Regional idarəçi Tomas Bakenqa ölənlərdən yeddisinin uşaq olduğunu açıqlayıb.

“Reuters”in məlumatına görə, Bakenqa Cənubi Kivu bölgəsinin Kabulu rayonunda bir nəfərin torpaq sürüşməsi nəticəsində həyat yoldaşı və 7 uşağını itirdiyini bildirib. Bakenqanın açıqlamasına görə, sürüşmə nəticəsində daha bir uşaq həyatını itirərkən, itkin düşənlər üçün başladılan axtarış-xilasetmə işlərinin davam etdiyi, leysan yağış və torpaq sürüşməsi nəticəsində can itkisinin arta biləcəyi bildirilib. Yerli qeyri-hökumət təşkilatı bildirib ki, 7 ev torpaq sürüşməsində uçub, 31 evə ziyan dəyib. Təşkilat leysan yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 10 olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru