Cəlilabad İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

10-05-2018, 11:23           
Cəlilabad İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"Report"un Aran bürosunun məlumatına görə, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub.

Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Alıcı Dilavərov da icra başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə təyinat alıb.

Bu təyinata qədər Alıcı Dilavərov Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad rayon ərazi şöbəsinin müdiri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru