Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

24-06-2018, 10:12           

2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 815,8 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 516,4 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 708,8 milyon manat olub və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.