İyulun 5-dən sonra havanın hərarəti enəcək, şimal küləyi əsəcək
4-07-2018, 01:55

İyulun 5-dən etıbarən temperatur 5-6 dərəcə enəcək. Cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti sabah da davam edəcək.Lakin ayın 5-dən etibarən temperaturun tədricən 5-6 dərəcə aşağı enəcəyi gözlənilir.
Cumhuriyyet.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli hidrometeorologiya departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova hava şəraiti ilə bağlı proqnozları açıqlayıb.
İyul ayının 4də Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 39-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi aran rayonlarında 40-44, dağlıq ərazilərdə isə havanın temperaturunun 27-32 dərəcə arasında dəyişəcəyi gözlənilir. Lakin iyulun 5-i günorta saatlarından etibarən cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq və iyulun 6-dan havanın temperaturu bu günlərə nisbətən tədricən 4-6 dərəcə aşağı enəcək.
Bölgələrdə də havanın temperaturun bir neçə dərəcə aşağı enəcəyi gözlənilir…
İlkin məlumatlara görə son günlər ölkə ərazisində müşahidə olunan rekord temperatur göstəriciləri və kəskin isti hava şəraiti birinci ongünlüyün yarısından sonra gözlənilmir.