Azərbaycanda günəş və küləkdən enerji almağa 60 milyon manat yatırılıb – Bəs NƏTİCƏ varmı?

7-07-2018, 00:00           

Bu vaxtadək dövlət tərəfindən Azərbaycandakı günəş və külək elektrik stansiyası üzrə layihələrə 60 milyon manatdan çox vəsait qoyulub.

teref.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O qeyd edib ki, indiyədək dövlət tərəfindən 56 milyon manat günəş, 6 milyon manat isə külək elektrik stansiyaları üzrə layihələrə ayrılıb.

C.Məlikovun sözlərinə görə, hazırda Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən (ABOEM) istifadənin payı 9 faizdir.

O bildirib ki, Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 2020-ci ilədək 20 faizə çatdırılması nəzərdə tutulur.
2020-ci ilə qədər ölkədə 420 meqavat qoyuluş gücü olan 7 külək, 7 günəş və 9 bio enerji stansiyasının quraşdırılması planlaşdırılır.

C.Məlikov bildirib ki, Azərbaycandakı külək elektrik stansiyalarının (KES) gücü hazırda 60 meqavatdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.