Elza Seyidcahan: “Bu nə danışıqdır ay başınıza dönüm?”

15-10-2018, 17:05           
Elza Seyidcahan: “Bu nə danışıqdır ay başınıza dönüm?”
ARB TV-nin “Hüseynova bacıları” verilişinin ilk buraxılışının qonağı Əməkdar artist, bəstəkar Elza Seyidcahan efirdə əsəbləşdi.
“Ölkə.Az” xəbər verir ki, verilişin qonağı Ramin Abdullayev Mirzə Babayevi parodiya edəndən sonra Elza Seyidcahan hərdən efirdə yaranan məqamlara öz iradını bildirdi. Sənətçini narahat edən məsələ isə bəzi aktyorların düzgün danışa bilməməsi oldu.
“Siz Mirzə Babayev kimi sənətkarları parodiya edəndə xoşuma gəlir. O deyir gəl. Amma son zamanlar “gəl” sözünə “cəl”, “cəl cedəy” deyirlər. Bu nə danışıqdır ay başınıza dönüm? Vallah, mən efirlərə gəlməyəcəm. Yetişən gənc aktyorlarımızın danışığından əsəb keçirirəm. Gör, mən əgər belə əsəbləşirəmsə, onda bizim ziyalılarımız, canlı əfsanələrimiz onlar nələr keçirirlər. Hirslənirəm, məni qınamayın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru