"Özünüz də görürsünüz ki, efirlərimizdə nələr baş verir, hansı mahnılar oxunur"

16-10-2018, 09:39           
"Özünüz də görürsünüz ki, efirlərimizdə nələr baş verir, hansı mahnılar oxunur"
"Mədəniyyət" kanalında oktyabrın 8-dən 12-ə kimi "Azərbaycan Xalq Mahnıları Festivalı" baş tutub. Festivalda iştirak edən xalq artisti Nəzakət Teymurova Moderator.az-a açıqlamasında bildirdi ki, xalq mahnılarımızla bağlı belə festivalların keçirilməsi çox önəmlidir:

"Xalq mahnılarımız bizim dədə-babalarımızdan süzülüb gəlib. Bu gün bu mahnılarımız öz aktuallığını qoruyub saxlayırsa, onun daşıyıcılarına xalqımız adından təşəkkür etməliyik. Özünüz də görürsünüz ki, efirlərimizdə nələr baş verir, hansı mahnılar oxunur. Çox istəyərdim ki, digər festivallarımız kimi xalq mahnılarımızla bağlı keçirilən festivallar da həmişə çox yüksək səviyyədə təşkil olunsun.

Muğam ifaçıları öz professionallıqlarını qoruyurlar. Bəzi problemlər var ki, gələcəkdə onları da aradan qaldırmaq lazımdır. Dünyanın hansı ölkəsinə getsək, o mahnılar yenə bizimlədir. Bu mahnılar bizim ana laylalarımızdır. Ölkədən kənarda bizi həmişə milli musiqimizlə tanıyırlar. Biz bu ifaçıların qədrini bilməliyik. Bizim sənətdə olanlar fədakar insanlardı. Onlar həmişə mənəviyyatlarını üstün tutublar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru