Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.
Xeberfakt.az yenicag-a istinadən xəbər verir ki, bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.
Sosial şəbəkələrdə bir az yüngüllük, bunun üçün kifayətdir.
Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.
İndi isə növbə ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan "Azəri Vandam”ındır.
Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.
Budur, sizə təqdim etdiyimiz kadlar bu gün efirə gedən "Canım sizə desin” verilişindədir. Əməkdar artist Mehriban Xanlarova "Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi "Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.
Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı!