Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı

19-10-2018, 16:05           
Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı
Müğənni Damlanın həbsdə olan eks həyat yoldaşı azadlığa çıxıb.

Teref.az BiG.AZ-a isitnadən xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı həbsdən çıxandan sonra oğlu ilə vaxt keçirir.

"Mənim ailəmin dağılmasına səbəb həyat yoldaşımın həbs olunması olmayıb. O artıq azadlığa çıxıb. Oğlum İbrahimə də vaxt ayırır. Onun övladı ilə maraqlanmasına, onunla birgə vaxt keçirməsinə çox sevinirəm. Bir-birimizlə əlaqəmiz olmasa da ikimiz birlikdə övladımızı böyüdürük. Atası İbrahimin dərsləri, idmanı ilə maraqlanır".

Qeyd edək ki, Damlanın eks həyat yoldaşı Ceyhun Əliyev terrorçu olması, hətta Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs edilib. Bu haqda mediada xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru