Azərbaycanda xanım müğənni klipində həmcinsi ilə öpüşdü - VİDEO

23-10-2018, 12:38           
Azərbaycanda xanım müğənni klipində həmcinsi ilə öpüşdü - VİDEO
“Səs Azərbaycan” layihəsi ilə tanınan müğənni Albina Pyakşova müzakirələrə səbəb olacaq klip təqdim edib.
Gundeminfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Tək sən” adlanan layihə ötən gündən etibarən ifaçının “Youtube” səhifəsində yayımlanır. Klip iki xanımın sevgisindən bəhs edir. Ekran işində Albinanın həmcinsi ilə öpüş səhnələri də yer alıb.

Qeyd edək ki, klipin müəllifləri Muxtar Həsənovski və Emil Həşimlidir. Xatırladaq ki, Albina eyni zamanda “Eurovision” milli seçim turlarında iştirak edib. Həmçinin o, Beynəxlalq caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazman!” müsabiqəsində 3-cü yeri tutub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.