Kanadalı repçi klip çəkilişi zamanı təyyarədən düşərək ölüb

23-10-2018, 20:45           
Kanadalı repçi klip çəkilişi zamanı təyyarədən düşərək ölüb
Kanadalı repçi Con Ceyms Makmürrey Britaniya Kolumbiyası əyalətində klip çəkilişi zamanı ölüb.

"Report" "The Star" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı repçi təyyarənin qanadında tryuk göstərməyə çalışarkən balaca təyyarə həmin qanadı üstdə əyilib və pilot idarəetməni itirib.

Məlumata görə, Con düşərkən paraşütdən istifadə etməyə çalışsa da, artıq gec olub. Pilot isə sonradan təyyarənin müvazinətini bərpa etməyi bacarıb və uğurlu eniş edib.

Qeyd edək ki, Makmürrey daha əvvəl peşəkar xizəkçi olub, amma onurğa sütununun sınmasına və dabanından aldığı zədəyə görə idmanı tərk edib və musiqi karyerasını inkişaf etdirməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru