Zülfiyyə təkzib etdi - Hər şey yaxşıdır

24-10-2018, 22:49           
Zülfiyyə təkzib etdi - Hər şey yaxşıdır
Xalq artisti Zülfiyyə Xanbabayeva ayağının sınması barədə yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, müğənni özünün İnstaqram səhifəsində bu barədə məlumat paylaşıb.

"Əziz və hörmətli media nümayəndəli və dostlarım, heç bir narahatlığa səbəb yoxdur. Hər şey yaxşıdır. Özümə heç bir şey olmayıb, hətta səhnəmi belə davam etdirdim", - deyə Zülfiyyə Xanbabayeva qeyd edib.

Qeyd edək ki, müğənni axşam saatlarında konsertdən çıxanda “Azərbaycan” mahnısını zümzümə edən zaman yerə yıxılıb. Həmin anı əks etdirən kadrlar isə müğənninin telefonunun yaddaşına köçüb.
Müğənninin sosial şəbəkələrdə “Oyandım ki, gips” sözlərini yazması onun ayağının sınması xəbərinin yayılmasına səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.